SIĞORTA

19 Aprel

Ötən 3 ay üzrə “Meqa Həyat Sığorta”nın ödəniş göstəriciləri

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, “Meqa Həyat Sığorta” ASC 0,9 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Ötən 3 ay üzrə şirkətin sığorta ödənişi 0,001 milyon olub. Ötən ilin eyni dövründə ödəniş olunmayıb.

Fuad Mədətov
Fins.az