2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 36 milyon 440.5 min manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 44.3% və ya 11 milyon 118.4 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında 25 milyon 252,1 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin həcmi 390.8 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42% və ya 115 min manat çoxdur. Ötən ilin yanvar-mart aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 275.3 min manata bərabər olub.
Qeyd edək ki, ötən ilin ilk 3 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 1.1 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 3 ayında bu rəqəm 1.04 manat təşkil edib.