SIĞORTA

18 Aprel

Azərbaycanda sığorta haqlarının 83%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 346,91 milyon manat sığorta haqqının 286,225 milyon manatı və yaxud 82,5%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (125,461 milyon manat), "PAŞA Sığorta" (105,381 milyon manat), “Qala Sığorta” (29,883 milyon manat), “Atəşgah Həyat Sığorta” (15,933 milyon manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (9,567 milyon manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “İpək Yolu Sığorta” (651 min manat), “Naxçıvan Sığorta” (660 min manat), "Meqa Həyat Sığorta" (903 min manat), “Bakı Sığorta” (1,486 milyon manat) və “Xalq Həyat Sığorta” (2,397 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 6,097 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,8%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 54,588 milyon manat (15,7%) təşkil edib.