SIĞORTA

18 Aprel

Azərbaycanda sığorta ödənişlərinin 81%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 102,29 milyon manat sığorta ödənişinin 82,742 milyon manatı və yaxud 80,9%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (48,35 milyon manat), “PAŞA Sığorta” (17,753 milyon manat), “Xalq Sığorta” (6,674 milyon manat), “Atəşgah Həyat Sığorta” (5,715 milyon manat) və “Atəşgah Sığorta” (4,25 milyon manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (1 min manat), “İpək Yolu Sığorta” (39 min manat), “Naxçıvan Sığorta” (191 min manat), “Bakı Sığorta” (603 min manat) və “Atasığorta” (725 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,559 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 1,5%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 17,989 milyon manat (17,6%) təşkil edib.