SIĞORTA

18 Aprel

“PAŞA Sığorta” və “Push30”dan korporativ şirkətlər üçün  xüsusi təklif!

Həm güclü, həm də sağlam qalmaq istəyənlər üçün PAŞA Sığorta və “Push30”dan xüsusi təklif var!

Fins.az xəbər verir ki, öz əməkdaşlarını PAŞA Sığortanın korporativ tibbi sığorta məhsulu ilə sığortalayan müştərilər Push30 abunəliyini endirimli qiymətlə əldə etməklə yanaşı, check-up xidmətindən hədiyyə olaraq istifadə edə biləcək.

Check-up xidmətinə terapevtin müayinəsi, qanın ümumi analizi, EKQ, EXOKQ daxildir

Əməkdaşlıq çərçivəsində könüllü tibbi sığorta əldə edən korporativ şirkətlər Push30 xidmətlərindən endirimli qiymətlə yararlanaraq əməkdaşları üçün 100+ idman mərkəzlərinə girişi təmin edə bilər.

Fürsətdən yararlanmaq üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Onlayn müraciət üçün PAŞA Sığorta (pasha-insurance.az) linkinə keçid edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.