Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növləri hesabına daxilolmaların məbləği illik müqayisədə 42,1% artaraq 91,554 milyon manata çatıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 7,8% artaraq 24,072 milyon manat təşkil edib.
İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 34,7 manatdan 26,3 manata düşüb.
Fuad Mədətov
Fins.az