SIĞORTA

17 Aprel

Azərbaycanda könüllü sığorta növləri artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 255,356 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 193 989,1 milyon manat sığorta haqqı toplanılıb ki, bu da eyni dövrə nisbətən 31,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 78,218 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Beləliklə, bu ilin yanvar-mart aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 20,1 manat olub.

Fuad Mədətov
Fins.az