Ölkəmizin qabaqcıl sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni sədr təyin olundu.
Şirkətdən Fins.az-a verilən məlumata görə, Kazımov Tahir İslam oğlu “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
Tahir Kazımov “Atəşgah” Sığorta Şirkətində peşəkar fəaliyyətinə 1998-ci ildə başlayıb və müxtəlif vəzifələri icra edib. O, bu illər ərzində çalışdığı sahələr üzrə çoxsaylı uğur qazanmış və şirkətə yeniliklər gətirib.
İxtisasca riyaziyyatçı olan T. Kazımov S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakultəsini uğurla bitirib.