Fərqli avtomobil markaları üçün müxtəlif kampaniyalar həyata keçirən PAŞA Sığorta “Toyota həftəsi” adlı yeni kampaniyasını təqdim edir.
Fins.az xəbər verir ki, 11-18 aprel 2023-cü il tarixləri arasında “Toyota” markalı avtomobilini Tam KASKO üzrə sığortalamaq istəyən və sığorta haqqı 500 AZN-dən yüksək olan hər kəs 20% xüsusi endirim qazanacaq.
Kampaniya istehsal ili 2010-cu il və daha yuxarı olan avtomobillərə şamil ediləcək.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya //cutt.ly/d7n3Fhp keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.