SIĞORTA

07 Aprel

AMB: Ən çox sığorta şikayətləri olan "Atəşgah Sığorta" şirkətidir - CƏDVƏL

Sığorta şirkətlərinin şikayət indeks göstəriciləri açıqlanıb.

Fins.az xəbər verir ki, son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən "Atəşgah Sığorta" şirkəti olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının bu ilin mart ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Siyahıda "AzSığorta" 2,35 indeksi ilə ikinci, "AtaSığorta" şirkəti isə 2,16 indeksi ilə üçüncü olub.

Siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. "Naxçıvan Sığorta" üzrə isə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.

Məlumat üçün bildirək ki, “AZSIĞORTA” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.

“Naxçıvansığorta” ASC üzrә indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.

“İpək Yolu Sığorta” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır. Şikayət indeksinin metodologiyası: Müvafiq şikayәt indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadә olunmuşdur: Şikayətlər üzrə bazar payı Şikayət indeksi = Bağlanan müqavilələr üzrə bazar payı Şikayətlər üzrə bazar payı – müvafiq sığortaçı üzrә şikayәtlәrin ümumi şikayәtlәrә nisbәti, Bağlanan müqavilələr üzrə bazar payı – müvafiq sığortaçı üzrә bağlanan müqavilәlәrin sayının ümumi müqavilәlәrin sayına nisbәti. Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Fins.az avto-icbari sığorta üzrə şikayət indeksinin cədvəlini təqdim edir:

Fuad Mədətov
Fins.az