SIĞORTA

06 Mart

İcbari Sığorta Bürosuna məxsus avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq

İcbari Sığorta Bürosuna məxsus  avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq.

İcbari Sığorta Bürosundan Fins.Az-a verilən məlumata görə, əmlakın satışı ilə bağlı təkrar hərrac 14 mart 2023-cü il tarixndə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilib.

Hərrac predmeti haqqında məlumatlar aşağıdakı cədvəldə öz əksini tapıb:

S/N

Model

Marka

Buraxılış ili

Dövlət nömrə nişanı

 

Rəng

İlkin hərrac satış qiyməti (AZN-lə)

 

Təkrar hərrac satış qiyməti (AZN-lə)

1

 

 

 “LEXUS GS250” 

 

 

Sedan

 

2014

 

99 AK 806

42.500

(qırx iki min beş yüz)

 

 

40.375

(qırx min üç yüz yetmiş beş)

 

Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 2.019 (iki min on doqquz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Eyni zamanda qeyd olunur ki, 500 (beş yüz) manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları aşağıdakı linkdən  əldə edə bilərsiz:

//e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/tekrar-herracin-kecirilmesine-dair-660