Xarici ölkələrdən olan avtomobil sahiblərinin 2022-ci ildə Azərbaycanda törətdiyi 57 yol-nəqliyyat hadisəsinə görə 139 947 manat sığorta ödənişi həyata keçirilib.
Fins.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 21,3% və 39,75% çoxdur.
Məlumata görə, ötən il hər yol qəzasına düşən sığorta ödənişi 2 455 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 15% çoxdur.