Azərbaycanda bu ilin yanvar ayında əmlak sığortası növlərinin hesabına 23,1 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 38,4% və ya 6,5 milyon manat çoxdur.
Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 18,7% və ya 240 min manat artaraq 1,5 milyon manata çatıb.