SIĞORTA

24 Fevral

Avtomobillərin icbari sığortasının zərərliliyi 20%-dən çox azalıb

2023-cü ilin yanvar ayında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 11 mln. 271 min manata yüksəlib.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% və ya 3 mln. 905 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar ayında 7 mln. 365 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 7 mln. 920 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21% və ya 1 mln. 398 min manat çoxdur. Ötən ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 6 mln. 522 min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.6% azaldıb. Belə ki, 2022-ci ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 88.55 manatını ödənişə yönəltmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 70,3 manata enib.

©apa