SIĞORTA

24 Fevral

Azərbaycanda könüllü sığorta bazarı 17%-dək artıb

Azərbaycanda ötən ay könüllü sığorta növlərinin hesabına 115,6 milyon manat sığorta haqqı toplanılıb.

Fins.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 26,8 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.