SIĞORTA

24 Fevral

Bu il Azərbaycanda könüllü sığorta artıb, icbari sığorta isə azalıb

2023-ci ilin yanvar ayı ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 115 mln. 625 min manat, icbari sığorta növləri üzrə 18 mln. 323 min manat sığorta haqqı toplanılıb.

Fins.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 16.5% və ya 16 mln. 323 min manat artıb, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 1.16% və ya 215 min manat azalıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 2.8 dəfə artaraq 26 mln. 870 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 15% artaraq 8 mln. 298 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar ayında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 23.2 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar ayında 9.5 manata bərabər olub. Bu ilin yanvar ayı ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 45.2 manat təşkil edib ki, bu göstərici ötən ilin yanvar ayında 38.8 manata bərabər idi.

©apa