Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə bu ilin yanvar ayında 133,948 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 35,168 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,1 dəfə çoxdur.