SIĞORTA

16 Fevral

Əmanətlərin Sığortalanması Fondu ADA Universitetində 3 gün davam edən təlim keçirib - FOTO

Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Maliyyə sabitliyində risklərin effektiv idarə edilməsinin rolu” adlı 3 gün davam edən təlim keçirilib.

ƏSF-dən Fins.Az-a verilən məlumata görə. təlimdə təcrübəli və peşəkar natiqlər tərəfindən tələbələrə risk nəzəriyyələrinin qavranması və praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verilib. Spikerlər təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə  böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirilib. Üç gün davam edən təlim proqramında tələbələr praktiki olaraq investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları ilə tanış olublar.

Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif ediliblər.