Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AtaSığorta" şirkəti olub.
Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib. Siyahıda "Günay Sığorta" 2,13 indeksi ilə ikinci, "Atəşgah Sığorta" şirkəti isə 2,11 indeksi ilə üçüncü olub.
Əlavə edək ki, siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. "Naxçıvan Sığorta" üzrə isə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.
Digər sığorta şirkətləri üzrə şikayət indeksi ilə buradan tanış olmaq mümkündür.