SIĞORTA

02 Fevral

İcbari Tibbi Sığorta Fondu ilk dəfə öz büdcə layihələrinin ilkin variantını hazırlayacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari Tibbi Sığorta Fondu ilk dəfə öz büdcə layihələrinin ilkin variantını hazırlayacaq.

Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari Tibbi Sığorta Fondu, Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının funksional və iqtisadi təsnifatına uyğun olaraq paraqraflar səviyyəsində öz büdcə layihələrinin ilkin variantını 2023-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2023-cü il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər.