SIĞORTA

16 Yanvar

Məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 4,5 milyard manata çatıb

Əmək bazarında leqallaşma və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2 faiz artaraq 4 milyard 586,3 milyon manata çatıb.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19 faiz artaraq 160,2 milyon manat təşkil edib.