SIĞORTA

29 Dekabr

Noyabrda fərdi uçot sistemində qeydə alınmış sığortaedənlərin sayı 4 048 vahid artıb

Cari ilin noyabr ayında fərdi uçot sistemində qeydə alınmış sığortaedənlərin sayı 4 048 vahid və ya 0,22 faiz artaraq, 1,85 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 483, fiziki şəxslər üzrə 2 361, torpaq mülkiyyətçiləri üzrə isə 1 204 vahid artıb.