Yanvar-noyabr ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 400 milyon 953,3 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,7% azdır.
"Fins.az" Azərbaycan Mərkəzi Bankı bu barədə məlumat yayımlayıb.
Məlumata görə,bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 313 milyon 746,87 min manat təşkil edib ki, bu da illik müqaisədə 1,9% azalıb ki, bu da bazar üzrə bütün ödənişlərin 78,3%-ni təşkil edib.
Həyat sığortası üzrə ödənişlər 0.8% artaraq 228 milyon 54,88 min manat , qeyri-həyat sığortası üzrə ödənişlər 8.3% azalaraq 85 milyon 691,98 min manat məbləğində olub.
Müəliif:Aynur Qəniyeva