SIĞORTA

21 Dekabr

Sığorta şirkətlərinin qarşısında yeni tələb qoyulacaq

"Avto sığorta ilə bağlı yeni qaydaların tətbiqini düşünürük. Sığorta şirkəti icbari avto sığorta ilə bağlı icazə alarkən müəyyən tələblərə cavab verməlidir. Sığortalı şəhadətnamənin alınması ilə bağlı onlayn müraciət imkanına tam malik olmalı və vətəndaşa onlayn şəhadətnamə almaq imkanı yaradılmalıdır". 

"Fins.az" xəbər verir ki, bunu, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı tələblər müəyyən ediləcək: "Bu tələbləri müəyyən etdikdən sonra artıq sığortalı avtomobil sahibi öz evində, öz ofisində istənilən yerdə onlayn qaydada, istədiyi sığortaçıdan şəhadətnamə ala biləcək".
(c)Report