Cari ilin 10 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 144,4 milyon manat və ya 4,1 faiz artım qeydə alınıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 186,3 milyon manat və ya 16,6 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 387,1 milyon manat və ya 19,4 faiz artım müşahidə olunub.