SIĞORTA

16 Noyabr

Bir sıra tibb işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələr artırılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.

Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150 % artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur (Cədvəl 1).

Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub (Cədvəl 1).

Bundan başqa TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib (Cədvəl 1).

Aşağıda qeyd olunan ixtisaslardan olan həkimlər üçün ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb:

  • Terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə;
  • Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə;

 

Eyni zamanda, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.

Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib (Cədvəl 2).

Qaydaya edilən bu dəyişiklik 4 noyabr 2022-ci il tarixindən qüvvəyə minib.

Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aylıq sabit həvəsləndirici əlavələri artırılan həkimlərin və orta tibb işçilərinin siyahısı

Cədvəl 1

Vəzifə adı

Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşı

 

Aylıq sabit həvəsləndirici əlavənin məbləği dəyişiklikdən əvvəl

Aylıq sabit həvəsləndirici əlavənin məbləği dəyişiklikdən sonra

Yekun məbləğ

Provizor vəzifəsi üzrə çalışan həkim

398-468  

 

260

400

798-868

Statistika bölməsinin rəhbəri vəzifəsində çalışan həkim

415-487  

1-ci qrup tibb müəssisələri - 240

2 və 3-cü qrup tibb müəssisələri - 340

600

1015-1087

Həkim-statistik

415-487

1-ci qrup tibb müəssisələri - 240

2 və 3-cü qrup tibb müəssisələri - 340

500

915-987

Həkim-metodist

Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim

450-549  

1-ci qrup tibb müəssisələri - 370

1-ci qrup tibb müəssisələri - 450

900-999

2 və 3-cü qrup tibb müəssisələri - 570

2 və 3-cü qrup tibb müəssisələri – 650

1100-1199

“B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya TƏBİB-in tabeliyindəki tibb müəssisələrindən üzv təyin olunmuş həkim-mütəxəssislər

415-487  

Tətbiq edilmirdi

200

615-687

Tərbiyəçi

 

398-508

 

 

Tətbiq edilmirdi

 

 

200

598-708

Əmək terapiyası üzrə təlimatçı

 

 

353-398

 

Tətbiq edilmirdi

 

553-598

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aylıq sabit həvəsləndirici əlavələrinə artım tətbiq edilən orta və kiçik tibb işçilərinin siyahısı

 

 

 

Vəzifə adı

 

 

Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşı

 

 

Aylıq sabit həvəsləndirici əlavənin məbləği

Dəyişiklikdən əvvəl vəzifə (tarif) maaşlarına

tətbiq edilən əlavə

Dəyişiklikdən sonra vəzifə (tarif) maaşlarına

tətbiq edilən əlavə

 

 

Yekun məbləğ

Baş tibb bacısı (qardaşı)

398-487  

1-ci qrup tibb müəssisələri - 350

Tətbiq edilmirdi

15 %

(59.70-73.05 )

 

 

 

807-1460

2 və 3-cü qrup tibb müəssisələri - 350-900

 Cədvəl 2

 

 

 

Vəzifə adı

 

 

Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşı

 

 

Aylıq sabit həvəsləndirici əlavənin məbləği

Dəyişiklikdən əvvəl aylıq sabit həvəsləndirici əlavələrə

tətbiq edilən artım

Dəyişiklikdən sonra aylıq sabit həvəsləndirici əlavələrə

tətbiq edilən artım

 

 

Yekun məbləğ

Böyük tibb bacısı

383-432

80/110/160

 

15 %

(12-24 )

 

50 %

(40-80 )

553-736

Böyük mama

Böyük feldşer

Böyük laborant

Təsərrüfat bacısı (qardaşı)

338

40/50/60

15 %

(6-9 )

50 %

(20-30 )

448-478