SIĞORTA

05 Noyabr

Sığorta sektorunda müştərilərin məmnun qaldığı şirkət PAŞA Sığorta oldu

2006-cı ildən etibarən fəaliyyət göstərən PAŞA Sığorta şirkəti bu illər ərzində öz müştərilərinin məmnunluğunu hər zaman vacib prioritet olaraq görmüş, yüksək keyfiyyətli xidmət təqdim edərək qeyri-həyat sığorta bazarında hər zaman liderliyini qorumuşdur. Bu günlərdə isə PAŞA Sığorta müştəri məmnuniyyətinə verdiyi önəm ilə fərqləndi.

Azərbaycan Mərkəzi Bankının (AMB) avtomobillərin icbari sığortası üzrə daxil olan şikayətlər əsasında açıqladığı statistikada PAŞA Sığorta şirkəti sığorta kateqoriyasında ölkədə ən az şikayət daxil olan sığorta şirkəti olmuşdur (Naxçıvan MR istisna olmaqla). Bu uğurumuzla qürur duyur, bizi seçən dəyərli müştərilərimizə təşəkkür edirik.

Statistika ilə linkə keçid edərək tanış olmaq mümkündür: //uploads.cbar.az/assets/e7a40ea2081b8900009bc86a7.pdf

"PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.