SIĞORTA

02 Noyabr

“PAŞA Həyat” 2022-ci il üzrə lll rübün sonuna olan maliyyə nəticələrini açıqladı

Ölkənin lider həyat sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2022-ci il üzrə 3-ci rübün sonuna olan maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

Təqdim olunan məlumatlara əsasən, üçüncü rübün sonuna PAŞA Həyat 62 milyon AZN dəyərində olan ümumi kapital həcmi ilə ölkənin lider həyat sığorta şirkəti mövqeyini qorumağa davam edir. Cəmi aktivlərin həcmi isə 519 milyon manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 30%  artmışdır.

“PAŞA Həyat Sığorta” ASC bütün məhsullar üzrə müştərilərinə 160 milyon manat sığorta ödənişləri həyata keçirib. Burada iki əsas məhsullar üzrə müştərilərə edilən sığorta ödənişləri belədir:  “Həyatın Yaşam sığortası” üzrə 142 milyon manat, “İcbari Həyat sığortası” üzrə isə 1.6 milyon manat.

Qeyd olunan dövr üzrə yığılmış sığorta haqları 314 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 34%  çoxdur.

Nəticədə PAŞA Həyat üçüncü rübü 16.4 milyon manat cəmi məcmu gəlirlə başa vurub.

Bildirək ki, şirkət mobil tətbiqin hazırlanması üzrə işlərə davam edir. Şirkətin strateji planlamasına uyğun olaraq bütün məhsullar üzrə avtomatizasiya və maksimum rəqəmsallaşma işləri gedir, məqsəd müştərilərə daha əlçatan məhsul təqdim etməklə onları məmnun etməkdir. Nəticə olaraq “Həyatın Yaşam Sığortası” məhsulu üzrə müştəri məmnunluğu 96% təşkil edir.

Banklarla sıx əməkdaşlıq nəticəsində dövlət dəstəyi olmayan “Gəlirli Həyat Sığortası” məhsulu üzrə ötən il ilə müqayisədə 2 dəfə daha çox yığım əldə edilib. Belə ki, şirkətin əsas strateji istiqamətlərindən biri dövlət tərəfindən dəstəklənən məhsullardan olan asılılığı azaltmaqdır.

Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.