Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan sığorta yığımlarının həcmi 731 miylon 220 min manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 14,7% azalaraq 318 miylon 615 min manat təşkil edib.
Başqa sözlə, sığorta bazarının zərərliliyi 23,5% azalıb. Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 43,5 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 56,9 manat təşkil edib.