Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı tərəfindən sahibkarlara İcbari həyat sığortası kimi tanınan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünün əldə edilməsinə nəzarətin gücləndirildiyi və qanun pozuntuları haqqında məlumatlandırıcı sms-lər göndərilib.
Bəs adıçəkilən sığorta növünü əldə etməyən şəxsləri nələr gözləyir?
İcbari həyat sığortası olmadığı təqdirdə müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
Bir sözlə, İcbari Həyat Sığortası əldə etməklə siz həm işçilərinizin həyatını, həm də biznesinizi baş verə biləcək xərclərdən sığortalayırsınız.
“İcbari Həyat Sığortası” ilə bağlı ətraflı məlumatı (012) 942 çağrı mərkəzinə zəng vuraraq və ya İcbari Həyat Sığortası (pasha-life.az) veb-saytına müraciət edərək əldə edə bilərsiniz.