SIĞORTA

18 Oktyabr

Mərkəzi Bank: Sığortada ən yüksək zərərli 3 sinif üzrə zərərlilik əmsalı artıb

2022-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək zərərli 3 sinif üzrə zərərlilik əmsalının artımı müşahidə edilib. 

"Fins.az" xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.

Qeyd edilib ki, artım əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə müşahidə olunmuşdur. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz bəndi təşkil etmişdir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə bu göstərici 3.6 faiz bəndi azalsa da, könüllü tibbi sığorta üzrə 11.1 faiz bəndi artmışdır. Bütövlükdə, ən zərərli 3 sinfin ümumi zərərlərdə payı 8.3 faiz bəndi artaraq 60.8%-ə çatmışdır.

2022-ci ilin 1-ci rübünün sonunda zərərlik əmsalı tibbi sığortada 83.7%, avto icbaridə 89.8%, avto kaskoda 48.9% təşkil edib. ötən ilin eyni tarixində nisbətlər müvafiq olaraq 72.6%, 67.8% və 52.5% idi.