SIĞORTA

18 Oktyabr

Mərkəzi Bank: Sığorta sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır

Azərbaycanın sığorta sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır.

Fins.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.

Qeyd edilib ki, 2021-c ilin 1-ci yarısında həyat sığortası sektorunun mənfəətliliyi artmışdır:

"Belə ki, sektorun xalis mənfəəti 47% və ya 11 milyon manat artaraq 34 milyon manat təşkil etmişdir. Mənfəətlilik əsasən yarımil ərzində əməliyyat gəlirlərinin 53 milyon manat artımı, əməliyyat xərclərinin isə 57 milyon manat azalması hesabına təmin edilib. Mənfəətliyə mənfi təsir edən amil isə 97 milyon manat məbləğində ehtiyatların dəyişməsi olmuşdur. Qeyri-həyat sektorunun mənfəətliyi isə 31% (4.6 milyon manat) artaraq 19.4 milyon manat təşkil etmişdir. Bu artımın əsas drayveri kimi xalis sığorta ehtiyatında dəyişmələrin ötən illə müqayisədə 56% (38 milyon manat) azalması çıxış etmişdir. Eyni zamanda, əsas əməliyyat xərclərinin 7.8 milyon manat azalması və digər gəlirlərin 2.7 milyon manat artması xalis mənfəətin artımını şərtləndirmişdir".

Eyni zamanda, sığorta sektoru üzrə ROA əmsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.6 faiz bəndi azalaraq 5.8% olmuşdur.