SIĞORTA

05 Oktyabr

Ən çox bu sığorta şirkətlərindən şikayət olunub- SİYAHI

Avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınmışdır. 

"Fins.az" xəbər verir ki,şikayət indeksi açıqlandığı tarixdən son 12 ay ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaqdır və aylıq məlumatlar əsasında yenilənəcəkdir.

 İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

İndeksə görə, xidmət səviyyəsi “AtaSığorta” ASC, “Günay Sığorta” ASC, “Azәrsığorta” ASC, “Bakı Sığorta” ASC, “Azәrbaycan Sәnaye Sığorta” ASC, “Atәşgah” Sığorta Şirkәti ASC-də yaxşı, “İpәk Yolu Sığorta” ASC, “Xalq Sığorta” ASC,“AZSIĞORTA” ASC, “Qala Sığorta” ASC,“Meqa Sığorta” ASC, “A-Qroup Sığorta Şirkәti” ASC, “Paşa Sığorta” ASC və “Naxçıvansığorta” ASC-də aşağıdır.