“Azsığorta" şirkəti Yaşıl Kart Sistemindən çıxıb.
"Fins.az" xəbər verir ki, bu barədə məlumatı İcbari Sığorta Bürosundan təstiqləyiblər.
Məlumata görə, "Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə İcbari Sığorta Bürosunun informasiya sistemində sığorta şəhadətnaməsi satışına öz müraciəti əsasında məhdudiyyət tətbiq olunuğu üçün avtomatik olaraq Yaşıl Kart Sistemindən çıxıb.
Qeyd edək ki, "Azsığorta" Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası üzrə satışlarını dayandırmaq qərarına gəlib.Bu barədə tənzimləyici müvafiq qaydada məlumatlandırılıb. Şirkət yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, həmçinin əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyir.
Müəllif:Aynur Qəniyeva