SIĞORTA

03 Oktyabr

Rəşad Əhmədov: Sığorta məhsullarının əlçatanlığı və vahid yanaşma prinsipləri inkşaf etdirilir

Bu gün Bakıda Türkiyənin və dünyanın bir çox kiber təhlükəsizlik şirkətinin qatıldığı “Hibrid Müharibələr və Kibertəhlükəsizlik” sammiti öz işinə başlayıb.

"Fins.az" xəbər verir ki, Türkiyə və Azərbaycan şirkətlərinin rəhbərliyi ilə ondan çox ölkənin qatıldığı sammit maraqlı fikir mübadilələri ilə yadda qalıb.

İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov zirvənin maliyyə sektorunda rəqəmsal transformasiya və kiber risklər panelində “Sığorta sektorunun rəqəmsallaşması və kibertəhlükəsizlik məsələləri” mövzusunda təqdimatla çıxış edib.R. Əhmədov çıxışında bildirib ki, ölkəmizdə sektorun rəqəmsallaşması- beynəlxalq təcrübəyə uyğun mərhələlərlə inkşaf edir. O, qeyd edib ki, sığorta sektorunda rəqamsal transformasiyaların həyata keçirilməsi elektron xidmətlər və sığorta hadisələrinin elektron idarə edilməsi ilə yanaşı sahəvi məhsuların bazara sürətli adaptasiyasını təmin edir. Sığorta məhsullarının əlçatanlığı və vahid yanaşma prinsipləri inkşaf etdirilir eləcə də mobil aplikasiyalar, anderraytinq və risk analizi tədbiqi asanlaşır. Avtomatlaşdırılmış qərarvermə funksiyalarının anında yerinə yetirilməsi, saxtakarlıqların aşkarlanması və qarşısının alınması rəqamsal trasformasiyalar vasitəsi ilə daha asanlıqla həyata keçirilir.

Sammit öz işinə davamlı kibertəhlükəsizlik modelinin yaradılması, tam kiber təhlükəsizliyinin münkünlüyü və kibertəhlükəsizlik potensialının yaradılması mövzuları ətrafında müzakirələrlə davam edib.