2022-ci ilin yanvar -avqust ayları ərzində sığortaçılar həyatın yaşam sığortası 263 milyon 969,9 min manat, könüllü tibbi sığorta 84 milyon 785,4 min manat və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 69 milyon 920 min manat üzrə daha çox sığorta haqqı toplayıblar.
"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə,bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 63,9%-ni təmin edib.
Müəllif: Aynur Qəniyeva