Azərbaycan Mərkəzi Bankında sığorta sahəsində müstəqil ekspert qrupunun yaradılması prosesinə artıq başlanılıb.
Bunu Mərkəzi Bankın Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov "Fins.az"-a açıqlamasında deyib.
O bildirib ki, müstəqil ekspertlərlə bağlı ilk növbədə təhlillər aparılır boşluqlar müəyyənləşdirilir. Ekperlərin müstəqil formada nə sığortaçıya nə də sığortalaya bağlı olmadan fəaliyyətinin təmin edilməsi üçün bəlli bir mexanizmlər düşünülür.
Vüsal Qurbanov bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsinə də toxunaraq "Hazırda Mərkəzi Bank bunun üzərində işləyir və beynəlxalq təcrübədə olan bütün hallar araşdırılır.Necə edə bilərik ki,müstəqil ekspert institutunu tam və təkmil formalaşdıra bilək.Bu mexanizm ədalətli şəkildə sığortaçıların xidmət göstərsin.Hazırda bu layihənin üzərində işləyirik. Qanunvericiliyə dəyişikliyinin də layihəmiz də hazırdı.Bir müddətdən sonra bununla bağlı yenilikləri açıqlayacağıq,"-deyə əlavə edib.
Müəllif:Aynur Qəniyeva