SIĞORTA

20 Sentyabr

"Atasığorta" şirkətinə yeni sədr təyin edilib

"AtaSığorta" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə  sığorta şirkətindən bildirilib. Məlumata görə, səhmdarların qərarı ilə İdarə Heyətinin sədr müavini Xətai İsmayılov şirkətin yeni sədri seçilib.

Qeyd edək ki, İH-nin keçmiş sədri Orxan Məmmədov şirkətdən ayrıldıqdan sonra onun vəzifəsinin müvəqqəti icrası X.İsmayılova tapşırılmışdı.

Xatırladaq ki, X.İsmayılov 2011-ci ildən “AtaSığorta”da müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə Hüquq departamentinin direktoru, 2021-ci ildə isə şirkətin İdarə Heyəti sədrinin müavini təyin edilib.