4 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Mərkəzi Bankdan verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyalarının qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 4 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən lisenziyaları ləğv edilən fiziki şəxs olan sığorta agentlərinin SİYAHISI