SIĞORTA

24 Avqust

Sığorta şirkətləri üçün ən gəlirli və ən zərərli sığorta növləri məlum olub - Cədvəl

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.

"APA-Economics"in araşdırmasına əsasən sığorta şirkətləri üçün ən zərərli sığorta növü (digər icbari sığorta növləri çıxılmaq şərtilə) avtomobillərin icbari sığortası (NVSMMİS) olub. Sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 86 manatını ödənişə yönəldiblər. Həyatın yaşam sığortası üzrə ödəniş yığım nisbəti 56,1%, könüllü tibbi sığorta üzrə 53,3%, KASKO sığorta üzrə isə 42,6% təşkil edib.

Sığorta şirkətləri üçün ən gəlirli sığorta növü hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası olub. Bu sığorta növü üzrə 6,6 milyon manat sığorta haqqı toplansa da, hər hansı ödəniş olmayıb. Göstəricilərə əsasən ən gəlirli sığorta növləri sıranda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası ( 4,4 milyon manat), su nəqliyyat vasitələrinin sığortası (3,4 milyon manat) və peşə məsuliyyətinin sığortası (658 min manat) yer alıb.

Qeyd edək ki, sığorta növlərinin zərərliliyi üzrə göstəricilər daha ətraflı cədvəldə qeyd edilib.

 

Sığorta sinifləri

Sığorta haqqları

Sığorta ödənişləri

 

Min manatla

Ödəniş/Yığım

digər icbari sığorta növləri

21,8

635,1

30,2 dəfə

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

59 149,7

50 845,7

86,0%

həyatın yaşam sığortası

232 489,7

130 339,9

56,1%

tibbi sığorta

81 341,7

43 343,0

53,3%

avtonəqliyyat vasitələrinin sığortası

22 349,9

9 520,8

42,6%

kənd təsərrüfatı heyvanlarının sığortası

2 122,9

309,3

14,6%

həyatın ölüm halından sığortası

15 204,1

1 816,8

11,9%

fərdi qəza və xəstəlik sığortası

1 555,5

174,8

11,2%

xaricə səfər edən vətəndaşların sığortası

2 610,2

226,0

8,7%

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

746,9

45,5

6,1%

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

45 141,6

2 237,4

5,0%

sağalmaz xəstəliklərdən sığorta

611,7

30,0

4,9%

əmək qabiliyyətinin sığortası

709,6

25,6

3,6%

əmlakın yanğından və digər risklərdən sığortası

32 289,3

889,5

2,8%

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

697,7

18,3

2,6%

daşınmaz əmlakın icbari sığortası

36 734,4

609,2

1,7%

hava nəqliyyatı vasitələrinin sığortası

18 878,3

40,8

0,2%

ümumi mülki məsuliyyətin sığortası

8 036,9

15,9

0,2%

yüklərin (nəqliyyat) sığortası

3 044,9

5,0

0,2%

su nəqliyyat vasitələrinin sığortası

3 373,8

0,0

0,0%

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

44,5

0,0

0,0%

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

4 392,5

0,0

0,0%

əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:

102,4

0,0

0,0%

- işçilərin dələduzluğu sığortası

102,4

0,0

0,0%

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

6 569,8

0,0

0,0%

peşə məsuliyyətinin sığortası

658,1

0,0

0,0%

işəgötürənin məsuliyyət sığortası

603,5

0,0

0,0%

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

88,9

0,0

0,0%

kreditlərin sığortası

467,9

0,0

0,0%

işin dayanması ilə bağlı risklərdən sığorta

417,4

0,0

0,0%

sərnişinlərin icbari fərdi qəza sığortası

45,6

0,0

0,0%