Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609,5 milyon manat təşkil edib.
Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, proqnozdan 1,7% ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,6% çoxdur.
7 aylıq sosial sığorta daxilolmalarının 1 milyard 647,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə proqnozdan 1,6%, 1 il əvvəllə müqayisədə isə 18,6% çoxdur.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 90,9 milyon manat olub ki, bu da proqmoza nisbətən 4,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 19% çoxdur. 7 aylıq işsizlikdən sığorta daxilolmalarının 66,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə proqnozdan 3,4%, 1 il əvvəllə müqayisədə isə 19,5% çoxdur.
© Report