Aqrar Sığorta Fondunun mətbuat xidmətinə yeni tayinat həyata keçirilib.
“Fins.az” xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Günay Novruzqızı təyin olunub.
Məlumata görə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayan Günay Novruzqızı daha sonra uzun müddət “Lider tv”-də aparıcı işləyib.O, Fəaliyyətini “Xəzər” televiziyasında davam etdirib.Günay Novruzqızı daha sonra “BazarStore” mağazalar şəbəkəsinin və “Park Bulvar” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Qeyd edək ki, Günay Novruzqızı hazırda “Mədəniyyət” televiziyası ilə əməkdaşlıq edir.
Müəllif:Aynur Qəniyeva