SIĞORTA

04 Avqust

Yeni qaydalar avtomobillərin icbari sığorta haqqının bahalaşması deməkdir?-AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiqləyib.Yeni qayda ilə avtomobillərin icbari sığorta haqqının (NSMMİS) hesablanması dəyişib.

Yeni qaydalarla avtomobillərin icbari sığorta haqqının artırılması kimi dəyərləndirilir. Bu fikir yeni qaydalarla bağlı nə dərəcədə doğrudur. Bu barədə "Fins.az"-a açıqlama verən peşəkar sığorta ekpreti İlkin İbrahimov bildirirb ki,   indiyə kimi avtomobillərin icbari sığorta haqqı hesablanması avtomobilin mühərrikinin həcmi və bonus-malus balları əsasında aparılırdı.Mərkəzi Bankın İdarə Heyəti sədrinin 29  iyun 2022-ci il tarixli qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilib. Əvvəlki qanunda dəyişikliklər edilib. Bu qaydalar əvvəlki qanunda müəyyən edilmiş məbləğlərlə demək olar ki, eynilik təşkil edir. Lakin bonus -malus sistemində yəni həvəsləndirici malus isə daha da diqqət edilir. Yəni ki, intizamlı sürücü ilə intizamsız sürücü qiymət fərqində müəyyən olunur. Hansı ki, əvvəllər bonus sistemi işlək sistem idi.Lakin malus intizamsız sürücünü hansısa sığorta haqlarında əlavələrin olunmasıdır. Hazırki dəyişiklikdə bu qaydalarda tam şəkildə əks  olunub.

İlkin İbrahimovun sözlərinə görə, müəyyən edilmiş düsturla nümunəvi sürücü etibarnaməsi olmaqla,  maşının mühərriki yaşı ilə bağlı sürücülük vəsiqəsində vətəndaşın yaşı ilə bağlı məsələlər üst-üstə gəlinərək eyni zamnada bonus siteminin tətbiqi də nəzərə alınaraq ya nümunəvi sürücü olması ilə bağlı  sığorta haqqı aşağı düşür yaxud da intizamsız sürücü olması ilə bağlı malus sistemində daha çox məbləğdə sığorta haqqı müəyyən olunur.

 O eyni zamanada bu sistemin tətbiqinin nə dərəcədə ədalətli olub-olması ilə bağlı fikirlərini bölüşüb "Bu dəyişikliyi ədalətli hesab olunmalıdırmı? Bəli hesab edirəm ki, bu ədalətli yanaşmadır. Hər bir halda intizamlı sürücü ilə intizamsız sürücü arasında fərq olmalıdır. İntizamlı sürücüyə daha çox bonus verilirsə intizamsız sürücüyə də daha çox malus verilməlidir ki,fərq özünü göstərsin. Hazırki dövrdə demək olar ki, oktyabrın 1-dən etibarən bu sistemdə ədalətlilik təmin olunacaq. Yəni daha çox qəza edən sürücülərin sığorta haqları daha çox olacaq. Daha az qəza edən sürücülər daha az sığorta haqqı ödəyəcək,"-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva