SIĞORTA

25 İyul

2022–2026-cı illərdə sığorta bazarının həcminin hər il 10% artması planlaşdırılır

Sığorta bazarının həcminin hər il 10% artması planlaşdırılır.

"Fins.az" xəbər verir ki, bu barədə prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur.

Bildilir ki,sığorta bazarının genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi də hədəflər arasındadır. Eyni zamanda bildilir ki, sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının genişləndirilməsi planlaşdırılır.

Müəllif: Aynur Qəniyeva