SIĞORTA

21 İyul

Naxçıvanda sığorta növləri üzrə daxilolmalar 9%-dən çox azalıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 3 096,5 min. manat təşkil edib.

Bu göstərici 2021-ci ilin müvafiq göstərici ilə müqayisədə 9,2% azdır.

Cari ilin ilk altı ayında muxtar respublikada sığorta növləri üzrə daxilolmaların 737,7 min. manatını könüllü, 2 358,8 min. manatını isə icbari sığorta təşkil edib.

Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 3,3% artıb, icbari sığorta üzrə ödənişlər isə 12,5% azalıb.