Sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında (AMB) attestasiyalar keçirilib.
AMB-dən bildirilib ki, nəticələrə əsasən, attestasiyada iştirak edən 20 namizəddən 8 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.