SIĞORTA

15 İyul

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı 10 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

"Fins.az" xəbər verir ki, bu barədə  Mərkəzi Bank məlumat yayımlayıb. 

Məlumata görə, lisenziyalar iyulun 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında ləğv olunub.