99 AZN-dən başlayan qiymətlə əmlakını sığortala, “Amburan” əyləncə mərkəzinə 50 AZN-dək hədiyyə kartı qazan!
İlboyu çox işlədiniz, indi isə dincəlmək zamanıdır. Ən rahat istirahət isə ağlın evində qalmadığı, sığortalı evin ilə yayın dadını çıxardığın andır. PAŞA Sığortadan evinizi sığortalamaqla isə sadəcə evinizə zərər dəyən zaman təminat almaqla kifayətlənmir üstəlik indi “Amburan” əyləncə mərkəzinə hədiyyə kartı da əldə edirsiniz.
“Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Çinar, Cökə və Zeytun paketlərindən birini əldə edən hər kəs PAŞA Sığortadan “Amburan” əyləncə mərkəzinə müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində hədiyyə kartı qazanacaqlar. Qeyd edək ki, 8 avqust tarixinə qədər “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsulunu əldə edən və ya mövcud müqaviləsini yeniləyən müştərilər fürsətdən yararlana bilər.
Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığorta PAŞA Sığorta (pasha-insurance.az) keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla əlavə, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciət etmək də mümkündür.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.