“AzRe Təkrarsığorta” ASC-yə yeni təyinatlar olub.
Təkrarsığorta şirkətindən daxil olan məlumata görə, Yusif Yusifov şirkətin Daxili audit xidmətinin rəhbəri təyin edilib. Bundan əlavə, Elçin Süleymanov “AzRe Təkrarsığorta”nın Təftiş Komissiyasının üzvü seçilib.
Qeyd edək ki, “AzRe Təkrarsığorta” ASC 2007-ci ildə yaradılıb və Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir.
© APA