“Atəşgah” sığorta şirkətinin İdarə Heyətinə yeni üzv seçilib.
"Fins.az" xəbər verir ki,Direktorlar Şurasının qərarına əsasən Rüfət Ağazadə “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah sığorta şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini layiqincə icra edib.